Bu gün:
Xezer.info » Eksklüziv » Məmurun qardaşının şirkəti məhkəməyə verildi – Milyonluq qalmaqal

Məmurun qardaşının şirkəti məhkəməyə verildi – Milyonluq qalmaqal



“Şərq Bazarı” kompleksinin bərpası və yenidəqurma işlərində subpodratçı olan “MECC” MMC podratçı şirkət “6-cı mərtəbə” MMC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, “MECC” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
İşin mahiyyəti podrat müqavilələri üzrə mübahisələrdən ibarətdir.
“MECC” MMC “6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edir. Bir müddət əvvəl şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər “6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb.
“Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan “MV Group” MMC və “İdea Yapı” MMC də “6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir. Onlar da məhkəməyə müraciət etməyə hazırlaşır.
“6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.