Bu gün:
Xezer.info » Dünya » SON DƏQİQƏ! Putin cəzanı ona kəsdi - Rusiyanın FİASKOSU

SON DƏQİQƏ! Putin cəzanı ona kəsdi - Rusiyanın FİASKOSU



Finlandiyanın NATO üzvü olması ilə Qərb və Rusiya arasında gərginlik artır. Moskva administrasiyası bu dəfə Oxot dənizində keçirilən təlimlərin görüntülərini yayıb.



Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda hipersonik gəmi əleyhinə qanadlı raketin buraxılış anları yer alıb.

Rusiya bir-birinin ardınca təşkil etdiyi təlimlərlə güc nümayiş etdirsə də, bu gün Qərb mətbuatı qəfil yoxlamanın böyük fiasko ilə nəticələndiyi iddia edib.

Britaniyanın “Daily Mail” nəşri Rusiya prezidenti Vladimir Putinin bu uğursuzluğa görə Sakit Okean Donanmasının komandiri, 66 yaşlı admiral Sergey Avakyantsa cəzanı kəsdiyini və admiralın təlimlər davam edərkən vəzifəsindən azad edildiyini yazıb.

Rusiya mətbuatında yer alan məlumata görə, Avakyantsın vəzifədən uzaqlaşdırılması iddiasını baş nazirin müavini Yuri Trutnev də təsdiqləyib.

Avakyants 2012-ci ilin may ayından Sakit Okean Donanmasına rəhbərlik edir və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yaxın müttəfiqi kimi tanınır. Rusiyanın ən hörmətli dəniz zabitlərindən biri olan admiral “Dənizdə xidmətlərinə görə” və "SSRİ Silahlı Qüvvələrində xidmətlərinə görə" ordenləri ilə təltif edilib.

Qeyd edək ki, aprelin 14-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlik rəsmiləri və qüvvələr komandirləri ilə görüş keçirib.

Şoyqu mümkün düşmən hücumlarına qarşı Sakit Okean Donanmasının müdafiə qabiliyyətini artırmaq üçün Uzaq Şərq bölgəsində qəfil yoxlamaya başlandığını bildirib. “Sakit Okean Donanması bütün qüvvələri ilə döyüşə yüksək hazırlıq vəziyyətinə gətirilib. Əsas məqsəd Rusiya Silahlı Qüvvələrinin okean və dəniz istiqamətindən düşmənin mümkün hücumunu dəf etmək qabiliyyətini artırmaqdır”, - Rusiyanın müdafiə naziri bildirib.

Hərbi təlimin Yaponiya ilə münaqişənin olduğu Kuril və Saxalin adasında keçiriləcəyini bildirən Soyqu deyib ki, "bu yolla düşmənin mümkün hücumları dəf ediləcək".

Rusiyanın bir-birinin ardınca keçirdiyi təlimlər bölgədə müharibəyə hazırlıq kimi şərh olunur.

Rusiya Müdafiə Nazirliyi Sakit Okean Donanmasını qəfildən müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirdikdən sonra Kremldən açıqlama gəlib. Kremlin sözçüsü Dmitri Peskov bunun adi bir təcrübə olduğunu və Rusiya Silahlı Qüvvələrinin müharibəyə hazır olması üçün bu istiqamətdə təcrübələrin aparıldığını bildirib.

İkinci Dünya Müharibəsinin son günlərində Rusiyanın ilhaq etdiyi Kuril adalarını Yaponiya tərəfindən Şimal əraziləri adlandırılır. Hər iki ölkənin haqq iddia etdiyi strateji əhəmiyyət kəsb edən adalar Rusiyanın nəzarətindədir.