BLOOMBERG: TAYVAN ÇİN TƏHLÜKƏSİNƏ QARŞI ABŞ-DAN 400 HARPOON RAKETİ ALACAQ
18-apr-2023ABŞ administrasiyası Çinin mümkün işğalına qarşı çıxmaq üçün Tayvana 400 Harpoon gəmi əleyhinə raket sistemi satacaq.
Tribunainfo.az Bloomberg-ə istinadən xəbər verir ki, Pentaqon sözügedən raket sistemlərini Tayvana cəmi 1,7 milyard dollara satacaq.
Pentaqon raket sistemlərinin satışını aprelin 7-də açıqlasa da, alıcının kim olduğu barədə məlumat paylaşmayıb.
Silahların Taypey administrasiyasına satılacağını iddia edib.
Pentaqon razılaşmanın təfərrüatlarını birbaşa şərh etməsə də, Bloomberg-ə aşağıdakı açıqlamaları verib: “Birləşmiş Ştatlar Tayvanın özünü müdafiə etmək qabiliyyətinə malik olması üçün lazımi müdafiə məhsulları və xidmətlərini təmin edəcək”.
Tayvan Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq prosesin ABŞ ilə razılaşdırılmış qrafikə uyğun davam edəcəyinə əmin olduqlarını bildirib. Müvafiq olaraq, raket sistemlərinin daşınmasının 2029-cu ilin martında başa çatdırılması gözlənilir.