Bu gün:
Xezer.info » Siyasət » RUSİYAYA QARŞI SANKSİYALARIN GÜCLƏNDİRİLMƏSİ BARƏDƏ RAZILIQ ƏLDƏ OLUNDU

RUSİYAYA QARŞI SANKSİYALARIN GÜCLƏNDİRİLMƏSİ BARƏDƏ RAZILIQ ƏLDƏ OLUNDU



“Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə bağlı Moskvaya təzyiq göstərmək üçün iqtisadi sanksiyaları gücləndirmək barədə razılığa gəliblər.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin Yaponiyada keçirilən görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatında deyilir.

“Böyük yeddilik ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə, tam əlaqələndirilməsinə və tətbiqinə, habelə Ukraynaya güclü dəstəyin göstərilməsinə sadiq olduqlarını təsdiqləyiblər”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, onlar üçüncü dövlətlərin sanksiyalardan yayınmasının və Rusiyaya silah ötürülməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Yaponiyanın Karuizava şəhərində keçirilən nazirlərin üç günlük görüşü bu gün başa çatıb.