İRAN REJİMİ YENƏ BAŞLADI: İNDİ DƏ “QÜDS-BAKI” YOLU DEYİR – TƏHLİL
18-apr-2023İran rejiminin ideoloqları hər vəchlə “Qüds günü”nü coğrafi, geopolitik bir gün kimi yox, islami bir gün kimi qəbul etdirməyə çalışır. Lakin hökumətin təşkil etdiyi aksiyalarda səslənən şüarlar büsbütün siyasidir. “Qüdsə gedən yol Bakıdan keçir” şüarı buna ən yaxşı nümunədir.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, “Qüds günü” təbliğata görə dünyada bütün islam torpaqlarının işğalına yox demə günüdür:
“Bu məntiqlə yanaşdıqda “Qüds günü” həm də Qarabağ-Zəngəzur günüdür. İran isə Qarabağın 27 il ərzində erməni işğalında qalmasına səsini çıxartmadığı kimi bu gün də Zəngəzur ilə bağlı qırmızı cizgi ritorikasından istifadə edir.
Nəticə etibarilə İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyası və bu aksiyada səslənən şüarlar Azərbaycanla gərginliyi azaltmaq siyasətinin gözdən pərdə asmaq olduğunu bir daha sübut edi”.