Bu gün:
Xezer.info » Cəmiyyət » 50 nəfər Qafqaz Universitetindən işdən qovuldu - Aralarında vəzifəlilər də var

50 nəfər Qafqaz Universitetindən işdən qovuldu - Aralarında vəzifəlilər də var


50 nəfər Qafqaz Universitetindən işdən qovuldu - Aralarında vəzifəlilər də var
Qafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub.

Bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb.

E. Qasımov faktı təsdiqləyib. O bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və vaxtı uzadılmayaraq xitam verilib: “Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”.

Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.

Qafqazinfo.az