Bugünkü hava meteohəssas insanlar üçün əlverişsizdir
16-apr-2023Bu gün müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu barədə Xezer.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.