Bu gün:
Xezer.info » Qarabağ » "Bu hadisə xoşagəlməz nəticələrə səbəb ola bilər" - Ermənistanın Baş nazir Aparatının rəhbəri

"Bu hadisə xoşagəlməz nəticələrə səbəb ola bilər" - Ermənistanın Baş nazir Aparatının rəhbəri



"Bu sarsaq və düşünülməmiş addım xoşagəlməz nəticələrə səbəb ola bilər. Guya “qəhrəmanlıq”dır kimi qələmə verilən bu hərəkət tərəqqi yolunda uğursuzluğa işarədir."

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Aparatının rəhbəri, Ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyunyan dünən çempionatın açılışında Azərbaycan bayrağının yandırılması insidenti ilə bağlı feysbukdakı səhifəsində yazıb.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.