Qərb ÜMİDİNİ İTİRDİ - Ərdoğanın uduzacağına inanmaq çətindir
16-apr-2023Türkiyədə seçki prosesini yaxından izləyən və prezident Rəcəb Tayyib Ərdoğana qarşı müxalifətin müdafiəçisi olan Qərb mətbuatı indi 7 partiyalı koalisiyaya ümidini itirib.
Musavat.com xəbər verir ki, ABŞ-ın “Foreign Policy” nəşri aylardır namizədlik uğrunda mübarizə aparan 7 partiyalı koalisiyanın namizədi Kamal Kılıçdaroğlu ilə bağlı təhlil dərc edilib.
“Foreign Policy” yazır ki, Qərb şərhçiləri Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə Türkiyənin NATO üçün daha uyğun ölkə olacağını iddia edir, lakin Ərdoğanın uduzacağına inanmaq çətindir.
2018-ci il seçkilərində Qərb mediasının açıq şəkildə anti-Ərdoğan mövqe tutduğunu etiraf edən “Foreign Policy” Türkiyənin ö zamankı prezident seçkiləri kampaniyası zamanı “New York Times” qəzetinin Ərdoğanın o zamankı rəqibi Məhərrəm İncəni dəstəklədiyini də xatırladıb.