Bu gün:
Xezer.info » Eksklüziv » “ƏTİ QRAMLA, MEYVƏ-TƏRƏVƏZİ DƏNƏ İLƏ ALIN” DEYƏN MİLLƏT VƏKİLİ SİYAHIDAN ÇIXARILDI

“ƏTİ QRAMLA, MEYVƏ-TƏRƏVƏZİ DƏNƏ İLƏ ALIN” DEYƏN MİLLƏT VƏKİLİ SİYAHIDAN ÇIXARILDI



AK Partiyanın 14 May seçkiləri üçün parlament siyahısı açıqlanıb.

Xezer.info “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, qatıldığı bir televiziya proqramında AK Partiya Elazığ Millət vəkili Zülfü Dəmirbağ, qənaət tövsiyələri ilə gündəmə gəlib.

Millət vəkili çıxışı zamanı, “İqtisadi çətinlik yaşaya bilərik. Normal şərtlərdə bir kilo ət yeyiriksə, yarım kilo yeyərik, iki kilo əvəzinə iki pomidor alarıq” deyib.

Elazığ müavini Zülfü Dəmirbağ YSK-ya verilən siyahıya daxil edilməyib.