Bu gün:
Xezer.info » Qarabağ » “LAÇIN YOLUNA GÖRƏ KİMDİR GÜNAHKAR” SUALINA GÖRÜN ERMƏNİLƏR NƏ CAVAB VERDİLƏR – FAKT

“LAÇIN YOLUNA GÖRƏ KİMDİR GÜNAHKAR” SUALINA GÖRÜN ERMƏNİLƏR NƏ CAVAB VERDİLƏR – FAKT



1100 Ermənistan vətəndaşı arasında keçirilən “Laçın yolunun bağlı olmasında günah kimdədir?” sorğusuna çoxluq “Günahkar Rusiya və Rus sülhməramlılarıdır” cavabını verib.

Tribunainfo.az yazır ki, bu barədə iqtisadçı Natiq Cəfərli məlumat paylaşıb. O bildirib ki, təkcə Azərbaycanda deyil, Ermənistanda da Rusiyaya qarşı ictimai rəy kəskinləşib:

“Tanınmış “GALLUP” şirkətinin Ermənistan təmsilçisi “Marketing Professional Group” 23-27 mart 2023-cü il tarixində 1100 Ermənistan vətəndaşı arasında sorğu keçirib. “Laçın yolunun bağlı olmasında günah kimdədir?” sualına, 36,3% “Azərbaycan günahkardır” cavabını verib, halbuki yanvar ayı sorğusunda 42,5% bu cavabı vermişdi. “Günahkar Rusiya və Rus sülhməramlılarıdır” cavabını verənlər 50,5% təşkil edib, öncəki sorğuda 42,2% belə cavab vermişdi. “Günahkar Türkiyədir” deyənlər 19,1% olub, “Günah Xənkəndidəki rejimdədir”, deyənlər 7,3% təşkil edib.
Görünən odur ki, Rusiyaya qarşı tək bizdə deyil, Ermənistanda da ictimai rəy kəskinləşir, bunu mütləq nəzərə almaq lazımdır, amma əsas məsələ odur ki, Xankəndidəki rejimi günahkar sayan 7,3% Ermənistan vətəndaşı var, onlar bəlkə də qonşu ölkənin xilası oldular, belə vətəndaşların sayları artsa, sülh də olacaq…”