Bu gün:
Xezer.info » Hadisə » NARKOMAN AİLƏ BİR HƏFTƏ ÖLƏN KÖRPƏSİNİN YATDIĞINI ZƏNN ETDİ – HƏBS EDİLDİ

NARKOMAN AİLƏ BİR HƏFTƏ ÖLƏN KÖRPƏSİNİN YATDIĞINI ZƏNN ETDİ – HƏBS EDİLDİ



Adanada bir həftə əvvəl dünyasını dəyişən 2 aylıq körpə meyitxanaya aparılıb.

Xezer.info Haber Türk-ə istinadən xəbər verir ki, narkotik aludəçisi olan valideynləri körpənin öldüyünü anlamayıblar.

Saxlanılan ana həbs olunarkən atanın axtarışda olduğu bildirilib.

Əri ilə narkotik maddə istifadə etdiyini etiraf edən ana, “Səhər evdən çıxdım. Açarı unutduğumu anladım. İçəri girə bilmədim. Yanğınsöndürən çağırdım. Mən bilmirdim ki, körpəm ölüb. Bir həftə əvvəl atası ilə çimizdirmişdik. Sonra onu sobanın yanına yatırdım, eç ayılmadı. Bir həftədir yatdığını zənn etdim”deyib.

Qadının qonşuları evdən yayılan qoxu səbəbiylə vəziyyəti polisə xəbər veriblər.

Xilasetmə qruplarının qapını sındıraraq mənzilə daxil olublar. Ayşegül T.-nin 2 aylıq qızı Mehtap T.-ni ölü tapıb. Bunun üzərinə ana Ayşegül T. nəzarətə alınıb.

Körpənin cəsədi yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.