FRANSIZ MERDƏN İRƏVANDA ERMƏNİPƏRƏST ADDIM – TƏƏCCÜB DOĞURMADI…
10-apr-2023Fransanın Ermənistana səfər edən Lion şəhərinin ermənipərəst meri Qriqori Ducenin başçılıq etdiyi nümayəndə heyəti İrəvanın vitse-meri Suren Qriqoryanın müşayiəti ilə qondarma “soyqırımı” abidəsini ziyarət edib.
Tribunainfo.az erməni KİV-ə istinadən xəbər verir ki, onları “Erməni soyqırımı” muzey-institutunun direktoru Arutyun Marutyan qarşılayıb, memorial kompleksin yaradılması tarixi haqda söz açıb.
Lion meri və nümayəndə heyətinin üzvləri memorialın divarları önünə əklil qoyub, əbədi məşəl önünə gül dəstələri düzüblər.