Bu gün:
Xezer.info » Siyasət » LAVROV TÜRKİYƏYƏ GEDƏCƏK – CƏNUBİ QAFQAZ MÜZAKİRƏ OLUNACAQ

LAVROV TÜRKİYƏYƏ GEDƏCƏK – CƏNUBİ QAFQAZ MÜZAKİRƏ OLUNACAQ



Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada aprelin 6-7-də Türkiyəyə səfər edəcək Lavrovun Çavuşoğlu ilə görüşəcəyi bildirilib.

Xezer.info Gazete Duvar-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrovun ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə etmək üçün xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edəcəyi bildirilib.

Açıqlamada Lavrov və Çavuşoğlunun Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika və Qara dəniz bölgəsindəki vəziyyəti müzakirə edəcəyi bildirilib.