Bu gün:
Xezer.info » Siyasət » ZAXAROVA KTMT MİSSİYASININ ERMƏNİSTANA GÖNDƏRİLMƏSİNİN VAXTINI AÇIQLADI – “TOP İRƏVANIN TƏRƏFİNDƏDİR”

ZAXAROVA KTMT MİSSİYASININ ERMƏNİSTANA GÖNDƏRİLMƏSİNİN VAXTINI AÇIQLADI – “TOP İRƏVANIN TƏRƏFİNDƏDİR”



Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, KTMT missiyasının Ermənistanda mümkün yerləşdirilməsinin vaxtı İrəvandan asılıdır.

Tribunainfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, Zaxarova, “bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə danışıqların yekunlarına əsasən bəyan edib ki, Rusiya tərəfi Ermənistanın KTMT sülhməramlılarını qəbul etməkdə maraqlı olmasından razıdır”, – bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi əmindir ki, bu addım regionda vəziyyətin sabitləşməsinə kömək edəcək, Rusiya və digər müttəfiqlər buna hazırdır. O, həmçinin xatırladıb ki, KTMT-də belə qərarlar Kollektiv Təhlükəsizlik Şurası tərəfindən ən yüksək səviyyədə əlaqələndirilir, qəbul edilir və təsdiqlənir.

“Zamana gəlincə, mənə elə gəlir ki, burada da hər şey aydındır, hər şey erməni həmkarlarından asılıdır. Onlar hazır olan kimi biz Təşkilatın müşahidə missiyasının spesifik üsullarını birləşdirmək üçün əsaslı işə qayıda bilərik. Deməli, top İrəvanın tərəfindədir”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.