PAŞİNYANIN OĞLUNA HÜCUMLA BAĞLI AÇIQLAMA
03-apr-2023Parlamentin sədri bir müddət əvvəl İrəvanda Aşot Paşinyana hücum edildiyini bildirib.
Xezer.info Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan polisi baş nazirin oğlu Aşot Paşinyana hücumla bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Hüquq-mühafizə orqanının mətbuat xidmətindən verilən məlumata görə, polisə hücumla bağlı heç bir açıqlama daxil olmayıb.
Bundan əvvəl, Milli Assambleyanın sədri Alen Simonyan sosial şəbəkədə kiçik Paşinyana hücum barədə məlumat yazıb.