Bu gün:
Xezer.info » Dünya » TƏBRİZDƏKİ KONSULLUĞUMUZA QARŞI NƏ PLANLAŞDIRILIR…?

TƏBRİZDƏKİ KONSULLUĞUMUZA QARŞI NƏ PLANLAŞDIRILIR…?



Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar Təbrizdə Baş konsulluğumuzun təhlükədə olduğu məsələsini aktuallaşdırır. Hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən “Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu.

Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbirzdəki konsulluğun qarşısında “bağlansın” tələbi ilə aksiya təşkil etdi; ekspertlərinin dili ilə konsulluğu “şeytan yuvası” adlandırdı (Reza Abbasi “Şeytan yuvasını bağlayın…” çağırışı edib);

Tribunainfo.az-ın məlumatına görə, bu barədə fikir bildirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu aksiya ilə “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaq istəyirlər:

“Lakin burada digər səbəb də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi “bağ” olaraq görürlər və bunu qoparmaq istəyirlər;

Tehran rejimi konsulluğu bağlamaq məqsədilə səfirliymizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir;
Konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edə bilərlər: ekspertlər üzərindən “şeytan yuvası” adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında “Azərbaycanı düşmən kimi” göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər”.