BU BANKLARIN VƏTƏNDAŞLARLA “APREL SAVAŞI” BAŞLAYIR – SİYAHI
03-apr-2023Vətəndaşlar bundan sonra bank əvəzinə bankada pul yığacaq – Bankların aylıq skandal siyahısı…
Maaşlara məhkəməsiz əl qoyan, borclunu təhdid və rüsvay edən, qanunsuz müqavilələr tərtib edən, bir sözlə borcluya od qoyan, ölkədə at oynadan bankların aylıq məhkəmə prosesini araşdırdıq.
Vətəndaşı evsiz qoyan, ölmüş şəxslərin kredit borclarını zaminlərindən mənimsəyən bankların məhkəmə statistikalarına nəzər salsanız bundan sonra banklardan kredit götürmək əvəzinə bankada pul yığmağı tərcih edəcəksiniz.
Tribunainfo.az məsələ ilə bağlı, məhkəmə çəkişmələri aparan bankların reytinq cədvəlinin təqdimatını davam etdirir.
Belə ki, hər ay məhkəmə sayları artan bankların təkcə aprel ayında birinciliyi yenə əldən verməyən Kapital Bank-ın 602 məhkəməsi var. Araşdırmalarımız deməyə əsas verir ki, hər ay yüzlərlə məhkəməsi olan bank sektorlarının iş prinsipi, öhdəlikləri millətin qanını soymaq bahasına, kredit şərtlərinə uyğun olmayan vətəndaşlara da kredit verib əlində nəyi var qoparmağa yönəlib. Artıq banklar ehtiyacı olanlara kredit vermək funksiyasından çıxıb şişirdilmiz faizlərlə qansoran zəli roluna bürünüb.
Qeyd edək ki, məhkəmə sayı az olan bankları da araşdırdıq. Məsələn, 1 məhkəməsi olan Azərbaycan Sənaye Bankı 7,8 faizlə (illik) ipoteka kreditlərini təqdim edir. Ötən ayın məhkəmə hesabatında da ən az məhkəməsi olan bank siyahısında Sənaye Bankı idi.
Banklar borclunu məhkəməyə vermək əvəzinə ilk növbədə faizlərini aşağı salmalı, faizləri yox, əsas borcu tələb etməlidir.
Xatırladım ki, krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir.
İndi isə aprel ayına olan bank çəkişmələrinin siyahısını təqdim edirik:
1. “KAPİTAL BANK” ASC-602
2. “UNİBANK” ASC- 387
3. “ACCESSBANK” 273
4. “YELO BANK” ASC- 155
5. “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC -145
6. “BANK OF BAKU” ASC -139
7. “BANK VTB” (AZƏRBAYCAN) ASC-108
8. “AZƏR-TÜRK BANK” ASC- 91
9. “BANK RESPUBLİKA” ASC-91
10. “EXPRESSBANK” ASC-84
11. “TURANBANK” ASC- -81
12. “NAXÇIVANBANK” ASC -80
13. “PAŞA BANK” ASC-56
14. “MELLİ İRAN BANKI BAKI FİLİALI” -53
15. “MUĞANBANK” ASC -50
16. BANK “BTB” ASC -41
17. “YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC- 21
18. “XALQ BANK” ASC- 16
19. “AFB BANK” ASC 10
20. BANK AVRASİYA” ASC-8
21. “ZİRAAT BANK AZƏRBAYCAN” ASC-4
22. AZƏRBAYCAN SƏNAYE BANKI -1
23. “PREMİUM BANK” ASC-1
24 “GÜNAYBANK“ ASC-1