Bu gün:
Xezer.info » Bu gün » İlk dəfə sınaqdan keçirdik, Ermənistan ordusunu ŞOKA saldıq - ən qısa vaxtda...

İlk dəfə sınaqdan keçirdik, Ermənistan ordusunu ŞOKA saldıq - ən qısa vaxtda...



"2016-cı ilin Aprel döyüşlərində bir çox hərbi-texniki vasitələr ilk dəfə sınaqdan keçirildi. Bura komanda qərargah fəaliyyətlərində istifadə edilən rabitə vasitələri, döyüş sahəsinin kəşfiyyat hazırlığı üçün zəruri olan dərinlikdə kəşfiyyat cihazları, raket və artilleriya qoşunlarında hədəflərin aşkarlanmasında istifadə edilən pilotsuz uçuş aparatları, uzaq mənzilli raketlər, tank əleyhinə vasitələr və digər bir sıra yüksək texnoloji vasitələr aiddir".

Musavat.com xəbər verir ki, bu sözləri hərbi ekspert Alp Arslan İmamqulu qeyd edib.

"Ən əsas məqamlardan biri isə döyüşün nəticələrinin incələnməsi üçün keçirilən fəaliyyət sonu incələmələri və nöqsanların aradan qaldırılması planlarının tətbiq olunması idi. Bütün bunların nəticəsi idi ki, 2020-ci il 44 günlük Vətən müharibəsində zəfər əldə oluna bilmişdi. Amma bundan sonrası üçün güc strukturlarında qətiyyətlə sərt tədbirlər görülməli və silahlı qüvvələrimiz ən qısa vaxta daha da qüdrətli vəziyyətə gətirilməlidir", - ekspert vurğulayıb.