ERMƏNİPƏRƏST KONQRESMENLƏR YENƏ ÇƏRƏNLƏDİ – BLOKADA, BÖHRAN…
31-mar-2023ABŞ konqresinin iclasında Laçın yolunun “blokadası” və Ermənistanın təhlükəsizlik çağırışları yenə diqqət mərkəzində olub. Tribunainfo.az erməni mediasına istinadla xəbər verir ki, Amerika-Erməni Konqresinin icraçı direktoru Brayan Arduni açıqlama verib. Bildirib ki, onların bütün məqsədi Amerika ermənilərini narahat edən məsələlərin Amerika qanunvericilərinin diqqət mərkəzində olmasına əmin olmaqdır.
“Biz əmin olmaq istəyirik ki, nəzərəçarpacaq nəticələr var və dəhliz bağlanır. Biz əmin olmaq istəyirik ki, bizim səsimiz ABŞ Konqresində eşidilir və aydın səslənir və biz erməni xalqına kömək etmək üçün əlimizdən gələni edə bilərik”, – Arduni deyib.
Konqresmen Cudi Çunun sözlərinə görə, son hadisələr kontekstində bu tədbirlərin əhəmiyyəti artıb.
“Bu gün artsaxda insanlar blokadada olduğu, ilkin tələbat mallarından, dərmanlardan, qida və enerji təchizatından məhrum olduğu müddətcə bu, xüsusilə vacibdir. Çox ağır vəziyyətdir, çünki Azərbaycan Laçın quru dəhlizini bağlayıb. Və bu, bizim həll etməli olduğumuz bir məsələdir, çünki insanlar belə acınacaqlı şəraitdə yaşaya bilməzlər”-deyə çərənləyib.
ABŞ Konqresində keçirilən konfransın yekun tədbirində çıxış edən amerikalı konqresmenlər əmin edirlər ki, bundan sonra da erməni maraqlarını müdafiə edəcəklər.