Bu gün:
Xezer.info » Eksklüziv » Nazir İmran Mustafayevi Türkiyəyə təyin etdi

Nazir İmran Mustafayevi Türkiyəyə təyin etdi



Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.
Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyininin DİN nümayəndəsinin rəhbəri vəzifəsinə təyinat olmayıb.
Məlumatı DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya təsdiq ediblər.