Bu gün:
Xezer.info » Bu gün » Bakının daha bir məktəbində qalmaqal – Direktor məktəbin qapısını bağlatdırıb…

Bakının daha bir məktəbində qalmaqal – Direktor məktəbin qapısını bağlatdırıb…



Paytaxtın Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbində direktorla işçilər arasında mübahisə yaşanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, məktəbin direktoru qapıları bağlatdırıb və bir qrup işçi qrupunu, o cümlədən müəllimi içəri buraxmayıb.
Sosial şəbəkədə yayılan videogörüntü ilə bağlı məktəbdən apa-ya bildirilib ki, görüntülər martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib.
Qeyd edilib ki, işdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur:
“Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.
Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.