“KAPİTAL BANK” MÜŞTƏRİLƏRİNİN PROBLEMİNƏ DƏ BAXMIR… – ŞİKAYƏT
31-mar-2023Şikayətim “Kapital Bank”dandır. Bir çox xərcləməmin hesab çıxarışında 2 dəfə görünür. Problemlə bağlı mürciətimə isə baxmaq istəmirlər.
Tribunainfo.az xəbər verir ki, bu problemlə üzləşən bank müştərisi İlkin Cavadzadənin sözlərinə görə, “Kapital Bank”ın məsuliyyətsizliyi üzündən kartındam əlavə pul çıxılır:”Müraciətimlə bağlı qaynar xətt nömrələrinə zəng etmişəm. Mənə sorğu nömrəsi açılıb və sms vasitəsilə problemin ekran görüntülərinin whatsapp vasitəsilə onlara göndərilməsi bildirilib. Məsələ də elə burada başlayır. Whatsapp nömrələrinə heç bir mesaj çatmır. Və bank tərəfindən sms gəlir ki, ekran görüntülərini göndərmədiyiniz üçün şikayətiniz bağlanır. Zəng edib vəziyyəti izah edirəm, yenə şikayət nömrəsi açılıb yenə də ekran görüntülərini göndərməyim istəndi.
Qaynar xətt əməkdaşına başa sala bilmədim ki, whatsap nömrənizə sms çatmır.
Deyirəm ki, yenə eyni vəziyyətdir, göndərirəm çatmır, yenə ləğv olacaq, deyir, yəqin düz göndərmirsiniz. Əziz “Kapital Bank” ya düz əməlli işləyin, ya da bağlayın qapıları çıxın gedin bacardığınız işi görün”.