Bu gün:
Xezer.info » Dünya » Xarici KİV: “Rusiyada iqtisadi böhran başlayıb”

Xarici KİV: “Rusiyada iqtisadi böhran başlayıb”



“Rusiyada iqtisadi böhran başlayıb”.
Bu barədə nüfuzlu “The Wall Street Journal” nəşrində müəlliflər Georhi Kançayev və Evan Gerskoviçin “Rusiya iqtisadiyyatı çökür” sərlövhəli məqaləsində yazılıb.
Bildirilib ki, müharibənin ilk aylarında neft və qazın qiyməti yüksəldi və Rusiya ciddi qazanc əldə etdi, amma artıq o günlər bitib: “Qərbin sanksiyaları getdikcə tükənir. Rusiyanın dövlət gəlirləri azalır. Rusiyanın iqtisadiyyatı getdikcə zəifləyir.
Ölkənin ən böyük ixrac əmtəələri olan qaz və neft əsas alıcılarını itirib. Noyabrdan bəri rubl dollara nisbətdə 20%-dən çox ucuzlaşıb. Gənclərin cəbhəyə getməsi və ya hərbi xidmətə cəlb olunması qorxusundan ölkədən qaçması nəticəsində işçi qüvvəsi azalıb”, – məqalədə bildirilib.
Həmçinin qeyd olunub ki, Rusiya tədricən Avropa bazarını itirir və Çindən asılı vəziyyətə düşür.