KTMT MİSSİYASI AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNDƏ YERLƏŞDİRİLİR
29-mar-2023Rusiya Federasiyası xarici işlər nazirinin müavini KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğunu təsdiqləyib.
Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqlarına əsaslanaraq, Azərbaycan-Ermənistan sərhədində missiya yerləşdirmək planlarını həyata keçirməyə hazırdır.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, “Biz öz tərəfimizdən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Azərbaycan-Ermənistan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarını, habelə KTMT Kollektivinin müvafiq qərar layihəsində nəzərdə tutulmuş digər yardım tədbirlərini həyata keçirməyə hazır olduğumuzu təsdiqləyirik. Biz bu işə Ermənistanın özü qədər hazırıq”.