İDARƏ RƏİSİ BULVARA SAHİBLƏNDİ… “İLQAR MUSTAFAYEV BULVARI ÖZÜNÜNKÜLƏŞDİRİB” – HÜQUQ MÜDAFİƏÇİSİ
29-mar-2023Əminliklə demək olar ki, Dənizkənarı Bilvar İdarəsinin rəisi Bulvara xəyali çəpər çəkib. O artıq düşüncəsində Bakı Bulvarını özününküləşdirib. Səhər yuxudan duranda da fikirləşir ki, görəsən bu gün məni çağırıb nazir təyin edəcəklərmi.
Tribunainfo.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov bir neçə gündür müzakirələrə səbəb olan Bakı Bulvarında icazəsiz çəkiliş aparmaq qadağası ilə bağlı danışarkən deyib.
S.Məmmədov bildirib ki, yerli icra hakimiyyəti ola-ola hər parkın, xiyabanın ayrıca adminstarsiyasının olması mənasızdır:
“Bu admları hardan tapıb yığırlar? O şəxsin (red:Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayevin) idarəsində bir nəfər də olsun savadlı insan yoxdurmu? Lap tutaq ki, orada qohum-əqrəbası işləyir. Ona savadı çatıb izah edən yoxdurmu ki, Bulvar ictimai məkandır. Əsasnamədə yazılan isə kino filan çəkilişi üçündür. Yəni tutaq ki, Bulvarın bir hissəsinin bağlanması və orada sənədli ya bədii filmin çəkilməsi və s. Bu nə deməkdir?”.
Xatırladaq ki, Dənizkənarı Bulvarda çəkiliş aparmaq istəyən müxbirlərə Bulvar İdarəsinin mühafizə xidməti problem yaradaraq çəkiliş aparmaq üçün əvvəlcədən icazə alınmalı olduğunu bildirib.
XXI əsrdə ictimai məkan sayılan Bulvar ərazisində media nümayəndələri üçün absurd tələbin qoyulması gülünc qarşılanıb. Dünyanın heç bir inkişaf etmiş ölkəsində belə bir qadağa olmadığı halda Azərbaycanda bu addımın atılması media hüququnun pozulması kimi dəyərləndirilib.