Bakıda kafeyə silahlı basqın edildi
29-mar-2023Bakıda kafeyə silahlı basqın edilib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən “Aşıqlar” kafesində qeydə alınıb.
Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü Alıyev Turan Ələddin oğlu saxlanılaraq polisə təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.