“RABİTƏBANK” MÜŞTƏRİLƏRİN BONUSLARINA GÖZ DİKİB… “ETİBARSIZ, GÜVƏNİLMƏZ BANKDIR” – ŞİKAYƏT
28-mar-2023Şikayətim “Rabitəbank”dandır. Martın əvvəlində 80 manata yaxın bonusum silindi.
Tribunainfo.az yazır ki, bu barədə şikayətçi Mətanət Alqayeva sosial şəbəkədə yazıb. O bildirib ki, bunun səbəbini soruşduqda ona müqavilədə belə bir bənd olduğunu deyiblər:
“Müqavilənin neçəncisə bəndində hər il mart ayının əvvəli bonusların silinəcəyinin qeyd edildiyi deyildi. Bankın Sahil filialında 2 saat növbə gözlədikdən sonra o qədər sənədlər arasında bu kiçik cümləni tapıb oxumaq üçün vaxt yox idi.
Bəs niyə həmin vaxt əməkdaş bu haqda məni xəbərdar eləmədi?
Və ya hər an telefona kredit, yardım və s. kimi bildirişlər gəlirsə, silinəcəyi haqda da bildiriş əvvəlcədən gəlmədi?
Bu haqda səhifələrinə yazdım. Amma yorumu silib, mesajı cavablamamaqla kifayətləndilər.
Artıq bir il idi ki, ancaq bu debit kartdan istifadə edir və hamıya da bu kartı məsləhət görürdüm. Bu hadisədən sonra “Rabitəbank” mənim yaddaşımda etibarsız, güvənilməz, müştəri dostu olmayan, məsuliyyətsiz bir bank olaraq qalacaq”.