Bu gün:
Xezer.info » Siyasət » PUTİNİN MARİUPOL ETİRAFI… “BİLİR Kİ, ŞƏHƏR AZAD EDİLƏCƏK…” – POLİTOLOQ

PUTİNİN MARİUPOL ETİRAFI… “BİLİR Kİ, ŞƏHƏR AZAD EDİLƏCƏK…” – POLİTOLOQ



Putin Mariupolda maşın sürərkən ehtiyatlı olmaqda haqlıdır. Bir gün Mariupol şəhəri azad ediləcək və Putin üçün bu şəhər əlçatmaz olacaq.


Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Putik özü də başa düşür ki, gec-tez bu şəhərdən çıxmalı olacaqlar:

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol küçələrində avtomobili idarə edərkən təhlükəsizlik kəmərini taxmamasını jurnalistə belə izah edib: “Belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır, bu avtomobili tez tərk etmək üçün lazımdır”. Putinin bu cümləsində iki etiraf var. Kreml sahibi “belə şərait” dedikdə Mariupolun işğalına rəğmən, bu şəhərdə “şəraitin” hələ Rusiya üçün münbit olmadığına, “avtomobil tez tərk etmək” isə istənilən an hücuma məruz qalacağına eyham vurub. Necə deyərlər, asta qaçan namərddir. Putin ehtiyatlı olmaqda haqlıdır. Bir gün Mariupol şəhəri azad ediləcək və Putin üçün bu şəhər əlçatmaz olacaq”.