Bu gün:
Xezer.info » Eksklüziv » QİYMƏT ARTIMI ETİRAZ YARADIR… EKSPERT İSƏ “BU QİYMƏT ARTIMI DEYİL” DEYİR… – TƏKLİF

QİYMƏT ARTIMI ETİRAZ YARADIR… EKSPERT İSƏ “BU QİYMƏT ARTIMI DEYİL” DEYİR… – TƏKLİF



Problemlərin kökü kənarda qalıb, hökumətin bacarıqsızlığı müzakirə olunmur, iş damları, kiçik-orta biznes hədəfə gətirilir, mənasız “süni qiymət artımı” deyimi ortalığa atılır, bununla da işin məğzi kənarda qalır.

Tribunainfo.az yazır ki, bu sözləri iqtisadçı Natiq Cəfərli 90 manata satışa çıxarılan alçanın qiyməti, restoranlarda yüksək gələn hesablara etiraz edənlərə cavab olaraq bildirib. İqtisadçı bildirib ki, vətəndaşlar arasında məsələyə bu cür yanaşma düzgün deyil:

“Sosial şəbəkələrdə, “flan mağazada alça 90 manatdır, çiyələk 25 mantdır, flan restoranda kababın şişi 15-20 manatdır”, kimi paylaşımlar edib narazılıq edirlər. Çox pis tendensiyadır, “sovetdənqalma” instinklərdir, vətəndaşları “sollaşdıran” yanaşmadır və ən əsası – problemlərin kökü kənarda qalır, hökumətin bacarıqsızlığı müzakirə olunmur, iş damları, kiçik-orta biznes hədəfə gətirilir, mənasız “süni qiymət artımı” deyimi ortalığa atılır, bununla da işin məğzi kənarda qalır. Sovet dövründə, dükanlarda, kafe və restoranların qiymətlərini dövlət tənzimləyirdi.
Nəticədə isə dükanlarda və dövlət yeməkxanalarında heçnə tapılmırdı. Dövlət yalnız iki şeyə nəzarət edə bilər: qidaların təhlükəsizliyənə və vergilərin doğru-düzgün ödənilməsinə.
Qiymət artımının qarşısını almaq üçün rəqabət mühiti artırılmalı və iqtisadi qanunlar işə düşməlidir – bu isə hökumətin boynunun borcudur! Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər.

Pərakəndə satışda malı, istənilən qiymətə satmaq olar, kafe və restoran yeməkləri istədiyi qiymətə sata bilər, təki alıcısı olsun və vergisini versinlər – vəssalam. Pərakəndə mağazalar və kafe-restoranlar ağ etməmələri, qiyməti artırmağa imkanlarının dar olması üçün isə bir daha: “Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər””.