Bu gün:
Xezer.info » Siyasət » Medvedevdən Putinin həbsinə SENSASİON hədə: Raketlərimiz kanslerin ofisinə uçacaq! Hərbi analitiklə CANLI

Medvedevdən Putinin həbsinə SENSASİON hədə: Raketlərimiz kanslerin ofisinə uçacaq! Hərbi analitiklə CANLI



Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin barəsində çıxardığı həbs orderi ilə bağlı məhkəmənin qərarını tanıyan ölkələr tərəfindən icra olunması ehtimalına münasibət bildirib. Medvedev bu qərarın icra olunmasının Rusiyaya qarşı müharibə etmək elanı anlamı daşıdığını söyləyib:

“Almaniyanın ədliyyə naziri deyir ki, əgər Vladimir Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır. Heç anlayırmı ki, nə deyir?! Anlaşılandır ki, bu heç vaxt reallaşmayacaq. Amma yenə də…

Təsəvvür edək ki, reallaşıb. Nüvə nəhənginin fəaliyyətdə olan dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olan halda, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə uçacaq. O, başa düşürmü ki, bu “casus belli”dir, müharibə elanıdır, ya da o, pis oxuyub?!”, deyə rusiyalı siyasətçi vurğulayıb.

TVMusavat-ın bu gün saat 15:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Ramil Məmmədli ilə Putinin barəsində həbs orderi və Qarabağdakı vəziyyəti, o cümlədən İranın təhdidlərini müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.