Bu gün:
Xezer.info » Eksklüziv » Zaxarova sülh sazişinin imzalanması ilə bağlı təkliflərə əcaib cümlələrlə reaksiya verdi

Zaxarova sülh sazişinin imzalanması ilə bağlı təkliflərə əcaib cümlələrlə reaksiya verdi



Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistanın tezliklə sülh sazişi imzalaya biləcəyi ilə bağlı bəyanatını şərh etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə məsələyə qəribə cümlələr qurmaqla münasibət bildirib:

“Gəlin, biz artıq baş verən hadisələrə münasibət bildirək. Perspektivləri şərh edənlər isə həddən artıq çoxdur. Amma bizim fikrimizcə, əvvəlcə nəsə baş verməlidir, yalnız bundan sonra şərh etmək mümkün və lazım olacaq. Biz həmişə şərhlərə açığıq, lakin hələlik şərh etmək üçün ortada heç nə yoxdur”.