Bu gün:
Xezer.info » İqtisadiyyat » Neftin “qara günləri”nə qədər davam edəcək?

Neftin “qara günləri”nə qədər davam edəcək?



İlin ikinci yarısında Brent neftin qiyməti 90-100 dollar olacağı proqnozlaşdırılır, amma...

Neft artıq bu il 14% ucuzlaşaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Brent markalı neftin qiyməti 74-75 dollar/barel arasında dəyişir. Bununla belə, neft treyderləri nikbinliklə hesab edirlər ki, “qara qızıl”ın qiymətində ucuzlaşma bu tempdə davam etməyəcək. Belə ki, yaya qədər ucuzlaşma dayana bilər və ilin ikinci yarısında qiymət artımı yenidən başlayacaq. Bununla belə, narahatlıq yarada biləcək başqa amillər də var.

Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya mövcud tələbatı nəzərə alaraq, hasilatı sutkada 500 min barel azaltmaq qərarını uzadıb. Əvvəlcə bu, yalnız mart üçün nəzərdə tutulsa da, artıq sutkalıq azaltma qərarı iyunda da qüvvədə olacaq.

Neft ötən ilin sonundan bir sıra amillərin təsiri altında təzyiq altındadır. Qiymətlərin düşməsi Qərbin Rusiya neft məhsulları üçün isə bu il fevralın 5-dən tətbiq edilən qiymət tavanı müəyyən etdikdən sonra başlayıb. Neftin qiymətinə təzyiqin ikinci amili ABŞ Mərkəzi Bankının(FED) faiz artımıdır. FED-in monetar siyasətinin sərtləşdirilməsi ABŞ milli valyutasının möhkəmlənməsinə və nəticədə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxarır, çünki dünya bazarlarında neft dollarla satılır.