Bu gün:
Xezer.info » Dünya » "Suriyadakı terrorçulara ABŞ nəzarət edir" - Bəşər Əsəd

"Suriyadakı terrorçulara ABŞ nəzarət edir" - Bəşər Əsəd



"Suriyada fəaliyyət göstərən terrorçular əsasən birbaşa Vaşinqtonun nəzarətindədir".

Bunu Suriya prezidenti Bəşər Əsəd “Solovyov Live” telekanalına müsahibəsində deyib.

"Qərb bunu dayandırmayıb. Suriyadakı bütün terrorçular birbaşa ABŞ vasitəsilə idarə olunur.r",- deyən Əsəd "Mümkündürmü ki, Qərb Suriyada döyüşləri bərpa etmək üçün terrorçuları yenidən "qızdırmağa" başlasın?" sualına belə cavab verib: "Onlar bunu nə vaxt dayandıracaqlar? Heç vaxt dayanmayacaq, çünki terror Qərbin ordularından biridir”.

Əsəd qeyd edib ki, Qərbin dağıdıcı hərəkətlərini ancaq “onun qarşısını ala biləcək çox böyük qüvvə” dayandıra bilər.

"Onlar əvvəllər Əfqanıstanda SSRİ-yə qarşı bu terrordan istifadə ediblər. Ukraynada və Çeçenistanda da bu terrordan istifadə ediblər. Qərb bütün bunları dəstəkləyib. Mənim fikrimcə, onlar terroru uzun illər dəstəkləməkdə davam edəcəklər", - Suriya lideri fikrini yekunlaşdırıb.