Bu gün:
Xezer.info » Dünya » Rusiya XİN: Biz Qarabağa görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan rəhbərliyinin vicdanına buraxırıq

Rusiya XİN: Biz Qarabağa görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan rəhbərliyinin vicdanına buraxırıq



Rusiya tərəfinin üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatda dəqiq yazılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Kommersant” nəşrinin müxbirinin “Nikol Paşinyan deyib ki, “Rusiya Dağlıq Qarabağın təhlükəsizliyinin zəmanətçisidir”. Rusiya XİN üçtərəfli bəyanatda həmin qeydin olmamasına baxmayaraq, bu təsdiqi düzgün hesab edirmi?” sualına cavabında bildirib.

“Mənə elə gəlir ki, burada heç nəyi uydurmaq lazım deyil. Ölkəmizin üzərinə düşən bütün öhdəliklər dəqiq yazılıb. Siz buna düzgün diqqət yetirmisiniz. Bu öhdəliklər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında yazılıb. Sadəcə bu sənədi açıb baxmaq lazımdır ki, hansı öhdəliyi ölkəmiz üzərinə götürüb, hansını yox. Bu qədər. Rusiya sülhməramlıları ondan asılı olan hər şeyi edir ki, eskalasiya, yerdə gərginlik olmasın. Bunu öz məsul olduğu zonada edir. Əlbəttə ki, burada bir çox şey bütün tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. Hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalıdır və məqsədi ümumi uğur olmalıdır. Biz Ermənistan tərəfinin bəyanatlarına 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Ona görə də, biz Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”, - Rusiya XİN sözçüsü vurğulayıb.