Neftin qiyməti illik minimuma enib, Rusiya neftinə Zimbabve dolları təklif edilir
16-mar-2023"Rusiya təlaş içində öz karbohidratları üçün yeni satış bazarları axtarır..."
"Analitiklər "qara qızıl"ın dəyərdən düşməsini bank sektorunda təlatümlərlə əlaqələndirir..."
Dünya bazarlarında "Brent" markalı neftin dəyəri bir barrelə görə 75 dollardan aşağı enib. Bu, 2021-ci ilin dekabrından ilk dəfə baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "lenta.ru" nəşri məlumat yayıb.
"Brent" markası üç gün dalbadal sürətlə ucuzlaşır. Üç ticarət günü ərzində yanacağın dəyəri 10, 56 faiz aşağı düşüb. Bu gün Qitələrarası birjada neftin bir barrelinə görə 72, 94 dollar təklif edilib.
"Brent"in ardınca Amerikanın WTI markalı nefti də dəyərdən düşüb. Bu gün onun qiyməti bir barrelə görə 69 dollardan aşağı düşüb. Bu, 2021-ci ilin sonundan müşahidə edilməyib.
Analitiklər "qara qızıl"ın dəyərdən düşməsini bank sektorunda təlatümlərlə əlaqələndirir.
İsveçrənin "Credit Suisse" bankının problemləri fonunda səhmlərinin dəyərdən düşməsi və ən iri investorun yeni pulları ayırmaqdan imtina etməsi dünya bazarlarını narahat edib və Çində neftə olan tələbin bərpasına ümidləri azaldıb, bunu "Reuters" agentliyi yazıb.
Bundan başqa, martın əvvəlindən ABŞ-da "Silisium vadisinin bankı" da daxil olmaqla üç bank müflisləşib.
Həmçinin, Rusiyanın "Yurals" ixrac neft qarışığı markası da ucuzlaşır. Sutka ərzində onun dəyəri daha 2 faiz aşağı düşərək bir barrelinə görə 55 dollara enib.
Həm də bir il öncə, 2022-ci ilin martında o, təxminən bir barrelə görə 100 dollara satılıb, bəzən isə 110 dollar təşkil edib.
Bu neftin qiymətinə təkcə ümumdünya meylləri deyil, həm də Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi embarqo da təsir edir.
Rusiya təlaş içində öz karbohidratları üçün yeni satış bazarları axtarır. Hazırda Rusiya neftinin böyük hissəsi Hindistan və Çinə gedir, ödənişlər rupi və yuanla edilir.
Bu gün Zimbabve hakimiyyəti bəyan edib ki, Rusiya neftinin birbaşa alışında maraqlıdır. Lakin Zimbabve ənənəvi dünya valyutalarında ödəniş edə bilməyəcək və "alternativ üsul"-rubl və Zimbabve dollarını təklif edir.