Bu gün:
Xezer.info » Manşet » Azərbaycanlı deputatın ofisində axtarış aparıldı - Qətl işiylə bağlı...

Azərbaycanlı deputatın ofisində axtarış aparıldı - Qətl işiylə bağlı...


Azərbaycanlı deputatın ofisində axtarış aparıldı - Qətl işiylə bağlı...
Sank-Peterburq İstintaq Komitəsi Qanunverici Məclisin azərbaycanlı deputatı Sayad Əliyevin ofisində axtarış aparıb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, axtarış daha əvvəl tərəvəz bazasında yerləşən mütəşəkkil etnik qruplaşma ilə bağlı açılan cinayət işi çərçivəsində aparılıb.

Xatırladaq ki, iyunun 20-si Sank-Peterburqda tərəvəz bazasında atışma baş vermişdi. 27 yaşlı Emil Hüseynov həmyerlisi 43 yaşlı azərbaycanlını qətlə yetirmişdi.