Ölkənin baş notariusu Mehman Soltanov nə üçün tez-tez Gürcüstana gedir..?
14-mar-2023Mehman Soltanovun sevimli xobbisi nədir..? Notariuslar Mehman Soltanovun “borc”larını bağlamaqdan beziblər…
Atalar çox dəqiq deyib ki, utanmasan oynamağa nə var ki…
Doğrudan da, insan abır-həya, utanmaq hissini itirəndən sonra, ondan nə desən gözləmək olar. Bu gün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanovun uşaq adları ilə bağlı açıqlamasını oxudum. Cənab Soltanov deyir ki, bəzi adlar gülüş hissi oyadır, adam öz adından xəcalət çəkir və.s Bu adama deyən lazımdır ki, AD şərti xarakter daşıyır, əlbəttə, uşaqlara yaxşı ad qoymaq lazımdır, amma əsas AD deyil, ƏMƏL-dir, ay Mehman müəllim. Sənin adın yaxşı ola bilər ee, amma əməllərindən az qala bütün ölkə danışır. Nə isə, keçək ölkənin BAŞ NOTARİUSU Mehman Soltanovun başçılığı altında notariat kontorlarında baş verən qanunsuz, cinayət əməllərinə.
Öncə onu qeyd edək ki, ölkənin məhkəmə-hüquq sistemi, istintaq idarələri ƏSAS olaraq notariusların verdiyi sənədlər əsasında qərar verirlər. Yəni notariusun təsdiq elədiyi saxta sənəd əsasında necə ədalətli qərar çıxarmaq olar…?
İndi bildinizmi, notariusun rolu hansı dərəcədədir..? Yəni notariat qurumları sıradan bir qurum deyil.
Məlumat üçün onu da qeyd edək ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununu hətta notariuslara siyasi partiya üzvü olmağı, biznes fəaliyyətini qadağan edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır: əqdləri və etibarnamələri təsdiq edir; vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; sənədlərdəki imzaların hәqiqiliyini təsdiq edir; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; sübutları təmin edir.
Bu sadaladığımız sahələrdə ölkə notariuslarının faəliyyəti bərbad gündədir. Hər gün oxuyuruq ki, filankəsin evi saxta sənədlərlə banka girov qoyulub, filankəsin avtmobili saxta imza ilə başqası tərəfindən ələ keçirilib və daha nələr. Bütün bu saxta sənədləri, saxta imzaları təsdiq edənlər kimlərdir..? Əlbəttə, Mehman Soltanovun cinayət şəbəkəsinin üzvü olan notariuslar. Bəs görəsən, Mehman Soltanov nə üçün onların əməlləinə göz yumur..?
Əslində Mehman Soltanov notariusların cinayət əməllərini himayə edir, onlarla “şərik”dir. Onu da qısaca qeyd edək ki, qanuna görə, Mehman Soltanovun müsabiqəsindən keçməyən şəxs notarius ola bilməz. Belə ki, notarius olmaq istəyən şəxs öncə Dövlət İmtahan Mərkəzinin imtahanından keçməli, sonra Mehman Soltanovun qarşısında oturub sorğu-sual olunmalı və sonra Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmalıdır.
İndi gördünüzmü, notarius olmaq elə də asan məsələ deyil. Amma Mehman Soltanovu “görənlər” üçün problem qalmır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, 2011-ci ildə ədliyyə naziri cənab Fikrət Məmmədov Kollegiya iclasında notariat sahəsində baş verən rüşvət və cinayət hallarına görə, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədovu iclasda vəzifəsindən azad elədi və səlahiyyətləri onun müavini Mehman Soltanova verdi. Sual oluna bilər ki, müavin Mehman Soltanovun guya o boyda əməllərdən xəbəri yox idi..? Əksinə, Mehman Soltanov o cinayət əməllərinə və nazirin dediyi rüşvət tüğyanına şərik idi. Mehman Soltanov sonuncu müsahibəsində deyir ki, İnşaAllah yaxın zamanda qarabağlılar, ağdamlılar öz vətənlərinə qayıdacaqlar, orada notariat kontorları açacağıq və s. Cənab Soltanov, indi də gedib Qarabağda yığmaq istəyirsən..?
Qısa məlumat üçün onu da qeyd edək ki, Mehman Soltanovun nəzarəti altında hazırda Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan 99-u dövlət, 56-sı xüsusi notariat kontorudur. Notarius fəaliyyəti ilə isə 173 nəfər məşğul olur. Onlardan 104 nəfəri dövlət, 69 nəfəri xüsusi notariat kontorlarında fəaliyyət göstərir. İndi Mehman Soltanovun biznesinin miqyasını təsəvvür edin.
Onu da qeyd edək ki, Mehman Soltanovun kantorları şəxsiyyət vəsiqəsi olmadan adi sürücülük vəsiqəsi ilə rəsmi sənədləri təsdiq edir. Amma ASAN xidmət şəxsiyyət vəsiqəsi olmadan heç bir sənədi təsdiq etmir. Mehman Soltanovun notariusları isə “PULUNU VER, nə şəxsiyyət vəsiqəsi..” qaydası ilə işləyirlər.
Sözün qısası, Mehman Soltanovun əməlləri bununla bitmir. Cənab Baş İdarə rəisinin biabırçı xobbisi də var. Baş notarius tez-tez Gürcüstana, Tbilisi şəhərinə gedir.
Və hər dəfə də böyük problemlərlə üzləşir. Notariuslar deyir ki, şefin problemlərini həll etməkdən bezmişik. Bu başqa bir yazının mövzusudur. Həmin mövzuda, 2.400 000-lik problem və onun həlli yollarından bəhs olunacaq.
Sözün qısası, mühüm dövlət qurumuna rəhbərlik edən bu adamın əməlləri heç bir qanuna sığmır. Yəqin ki, yaxın zamanda Mehman Soltanov qanun qarşısında cavab verəcəkdir.
Mənbə: gundelik baki.com