Bu gün:
Xezer.info » Dünya » TƏCİLİ! Ukraynaya ZƏRBƏ - "Vaqner" bu ərazini ƏLƏ KEÇİRDİ

TƏCİLİ! Ukraynaya ZƏRBƏ - "Vaqner" bu ərazini ƏLƏ KEÇİRDİ


Bir ili geridə qoyan Ukrayna-Rusiya müharibəsində “Şərqdə son qala” kimi tanınan, strateji əhəmiyyətli Baxmut şəhərində vəziyyət kritikdir.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi hesabat yayıb.

Kəşfiyyat məlumatına görə, Ukraynanın Baxmut şəhərinin şərq hissəsi hazırda Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının nəzarəti altındadır.

Bildirilib ki, Ukrayna ordusu hələ də şəhərin qərbinə nəzarət edir. Şəhərin mərkəzindən keçən Baxmutka çayı hazırda cəbhə xəttidir. Kiyev qüvvələri çayın üzərindəki 200-800 metr enində açıq torpaq zolağı boyunca uzanan əsas körpüləri dağıdıb.