Şəmkirdə daldalanacaq KÖLGƏ QALMADI, CƏNABLAR... - NARAZILIQ VAR! VİDEO
11-mar-2023Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdiyi bir vaxtda nədənsə 2 saylı Tovuz Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Yaşar Mustafayev meşələrin bu cür kütləvi qırılmasına göz yumur.
Bu gün respubilkamızda ən çox istilikxanaları olan rayonlardan biri və birincisi Şəmkir rayonudur. Bu rayonun bəzi işbazları Ərazi Ekolgiya İdarəsinin tabeli qurumları ilə separat danışığa gedərək ucuz yanacaq kimi məşələrimizi hədəf seçiblər.
Bu haqda Dünyanınsəsi.Az saytına qanunsuz meşə qırımı ilə bağlı videofakt göndəriblər.
Belə ki, Şəmkir rayonun Kür qəsəbəsi ərazisində yerləşən meşə zolağı bir qurup şəxs və şəxslər tərəfindən kəsilərək istilikxana sahiblərinə satıldığı bildirilir.
Belə olan halda Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi eləcə də 2 saylı Tovuz Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri hara baxır?
Əgər bu qurumlar meşələri qoruyub mühavizə edə bilmirsə nədən hər il dövlət büdcəsindən onlara MİLYONLARLA vəsait ödənilməlidir?
Ərazidə yaşayan sakinlər qeyd edirlər ki, Kürün Şəmkir rayonu ərazisindən keçən bütün meşə massivləri kütləvi şəkildə qırılaraq bəzi vəzifəli şəxslərin qazanc mənbəyinə çevirilib. Amma nədənsə bu “soyqrım”çılara “gözün üstə qaşın var” deyən tapılmır.
Redaksiya olaraq inanırıq ki, sözügedən meşə zolağında qanunsuz ağac kəsməklə, külli miqdarda ziyan vurulmaqla törədilmiş olan bu cinayət hadisəsi mütləq Prokurorluq orqanları tərəfindən araşdırılacaqdır.
Səsləndirilən ittihamla bağlı maraqlı tərəflərin də mövqelərini işıqlandıra bilərik:
Ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı videofaktı təqdim edirik: