Bu gün:
Xezer.info » Siyasət » Baş nazir Əli Əsədov Çinin yeni Baş nazirini təbrik edib

Baş nazir Əli Əsədov Çinin yeni Baş nazirini təbrik edib



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, məktubda Li Çiana fəaliyyətində uğurlar arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.