Azad edilmiş ərazilərdə tikinti işlərinin icra vəziyyəti açıqlanıb
11-mar-2023Zəngilan rayonunda modul tipli xəstəxananın tikintisi davam edir və işlərin 90 faiz yerinə yetrilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev verib.
O bildirib ki, Cəbrayılda 930 nömrəli məktəbin tikintisində də işlərin 32 faiz tamamlanıb. Digər infrastruktur layihələrin icrası vəziyyətinə toxunan xüsusi nümayəndə nəzərə çatdırıb ki, Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 38 faiz, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinin isə 68 faiz icra olunub. Eyni zamanda, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunun tikintisinin 70 faizi, Qubadlı-Eyvazlı avtomobil yolu 40 faizi, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolu isə 46 faizi icra olunub. Hazırda bu yolların tamamlanaraq istismara verilməsi üçün işlər davam edir. Cari ildə bəzi yolların istismara verilməsi gözlənilir.