Bu gün:
Xezer.info » Manşet » GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MÜƏLLİMLƏRDƏN MƏCBURİ 20 MANAT YIĞILIR … TÜRKİYƏ ÜÇÜN…

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MÜƏLLİMLƏRDƏN MƏCBURİ 20 MANAT YIĞILIR … TÜRKİYƏ ÜÇÜN…



Türkiyənin zəlzələdən əziyyət çəkən şəhərlərinə kömək adı ilə Gəncə Dövlət Universitetinin müəllimlərindən məcburi qaydada pul yığılır.

Tribunainfo.az xəbər verir ki, bu barədə adının açıqlamayan müəllim Facebookda “Hüquqünaslar” səhifəsində məlumat paylaşıb.

Müəllim bildirib ki, universitetin bütün müəllimlərindən 20 manata qədər pul yığılır:

“Mən Gəncə Dövlət Universitetində müəlliməyəm. 387 manat maaş aliram. Bizdən məcburi iyirmi manat Türkiyəyə yardım üçün pul yığılır. Bundan əvvəl də on manat vermişdim. Evdən təzə, gigiyenik əşyalar qoydum iki həftə öncə. İndi isə deyirlər yığılan məbləğ azdır. Yenə gətirin”.

Hətta müəllim Elm və Təhsil Nazirliyinə edəcəyi şikayətdən sonra onu hansısa problemin yaadılacağından qorxur.