Baş Prokurorluq Bakıda baş verən atışma ilə bağlı məlumat yayıb
04-mar-2023Baş Prokurorluq Bakıda marketdə baş verən atışma ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Xezerxeber.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Qeyd olunub ki, rəsmi qurumun açıqlaması gözlənilsin.
Qeyd edək ki, hadisə Əhmədlidə yerləşən hipermarketdə qeydə alınıb.