Bu gün:
Xezer.info » İqtisadiyyat » “Brent” nefti fevralın 16-dan bəri ilk dəfə 86 dolları ötüb

“Brent” nefti fevralın 16-dan bəri ilk dəfə 86 dolları ötüb



Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti (2023-cü ilin may ayı üçün fyuçers müqaviləsi – red.) fevralın 16-dan bəri ilk dəfə bir barel üçün 1,47 faiz artaraq 86,17 dollara yüksəlib. WTI markalı xam neftin fyuçersləri isə 2,16 faiz artaraq 79,85 dollar olub.

Xezerxeber.az xəbər verir ki, “The Wall Street Journal”ının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxma ehtimalı ilə bağlı xəbərindən sonra neft qiymətləri kəskin ucuzlaşmışdı. Lakin BƏƏ rəsmilərinin “Bloomberg” agentliyinə Əmirliyin təşkilatdan çıxmaq niyyətində olmaması ilə bağlı açıqlamalarından sonra neftin qiymətləri yenidən yüksəlməyə başlayıb.