Bu gün:
Xezer.info » İqtisadiyyat » “ASAN İmza”lar niyə işləmir? - GİLEY

“ASAN İmza”lar niyə işləmir? - GİLEY


“ASAN İmza”lar niyə işləmir? - GİLEY
Son iki gündür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər “ASAN İmza” problemi ilə üzləşib.

Xezer.info Gununsesi.info-ya istinadən məlumatına görə, həmin şəxslər və MMC-lər ASAN İmza üzərindən nə ödənişlərini, nə də elektron qaimə vura bilirlər.

Bununla bağlı əməliyyatlarda “texniki xəta” bildirişindən başqa bir cavab verilmir.

Əməkdaşımızın məsələyə aydınlıq gətirmək üçün ASAN İmzanın 1847 və 0125251847 nömrələrinə etdiyi zənglər də cavabsız qalıb.

Araşdırmamız zamanı onu da öyrəndik ki, ASAN İmzanın işləməməsi hansısa mobil operatorun problemi deyil. Belə ki, eyni problem Azercell, Bakcell və Nar abunəçilərində yaşanır.

Qeyd edək ki, Asan İmza gücləndirilmiş mobil elektron imza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyadır.

Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.