Bu gün:
Xezer.info » Media » ANS TV-nin sonrakı taleyi necə olacaq? - İlginc iddia

ANS TV-nin sonrakı taleyi necə olacaq? - İlginc iddia


ANS TV-nin sonrakı taleyi necə olacaq? - İlginc iddia
MTRŞ-dan sonra Bakı Apelyasiya Məhkəməsinin də ANS TV ilə bağlı sərt qərar qəbul etməsi telekanalın qələminin biryolluq qırılması ilə bağlı qənaətləri daha da gücləndirdi.

Qaynarinfo.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, ANS kanalı bir daha eyni adla və eyni təsisçilərlə fəaliyyət göstərməyəcək. Mənbə bildirir ki, hüquqi prosedurlar tam başa çatdıqdan sonra ANS TV-nin bazası əsasında tamam fərqli telekanalın açılması planlaşdırılır.

Mənbə iddia edir ki, yeni telekanal ASAN TV adalanacaq və kanalın təsisçisi qismində "Asan-Xidmət" olacaq. Yeni telekanalın fərqli məkanda fəaliyyətə başlayacağını bildirən mənbə, ANS TV-nin bir çox rəhbər kadrlarına yeni telekanalda vəzifə təklif olunacağını deyir.

Xatırladaq ki, MTRŞ ANS kanalının yayımının bir aylıq dayandırılmasına səbəb kimi, ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsinin efirə getməsini əngəlləmək olduğunu göstərdi.

Bu qərardan dərhal sonra Baş Prokurorluq məsələ ilə bağlı cinayət işi açdı və telekanal rəhbərliyini dindirməyə cəlb etdi. Hazırda istintaq davam edir.

İyulun 29-da isə Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS rəhbərliyi bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət edib.