Əli Əsədovdan icbari şəxsi sığorta ödənişi ilə bağlı QƏRAR
22-fev-2023“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalarla buradan tanış ola bilərsiniz.Bundan başqa, Əli Əsədovun imzaladığı digər qərarla “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası” təsdiq edilib.
Eyni zamanda, Baş nazir “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın təsdiq edilməsi ilə bağlı qərar da imzalayıb.