Bu gün:
Xezer.info » Bu gün » HADI RƏCƏBLİNİN ÖLKƏDƏN QAÇAN QUDASINA KİM VƏ NİYƏ CADU EDİB ? – NURLANA ƏLİYEVA TÜRKİYƏDƏ HƏBSDƏN YAYINIR…

HADI RƏCƏBLİNİN ÖLKƏDƏN QAÇAN QUDASINA KİM VƏ NİYƏ CADU EDİB ? – NURLANA ƏLİYEVA TÜRKİYƏDƏ HƏBSDƏN YAYINIR…




Bakı Slavyan Universitetinin keçmiş rektoru, ölkədən qaçaraq Ankarada məskunlaşan Nurlana Əliyevaya cadu olunması haqda özəl məlumat əldə etmişik. Tribunainfo.az-a daxil olan xəbərə görə, universitetin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, hazırda məhkəməsi gedən Dürdanə Əliyevanın sabiq rektora ölüm cadusu etdirdiyi iddia olunur. 226 min manat mənimsəməkdə ittiham edilən, tələbələrdən pul yığan keçmiş şöbə müdiri ilə sabiq rektor arasında münasibətlər sonradan korlanıb. Ehtimal edilir ki, buna səbəb də məhz maliyyə üstündə olub. Bundan sonra N.Əliyeva D.Əliyevanı məhkəməyə verib. Özü isə Türkiyədə olduğu üçün məhkəmə prosesində iştirak etmir deyə məcburi gətirilmə haqda qərar verilib. Sabiq rektorun ölkədən qaçışı da müəmmalı və sual olaraq qalmaqdadır. İstisna edilmir ki, bu cinayət işi üzrə N.Əliyeva özü də məsuliyyətə cəlb edilə bilər deyə o səbəbdən Azərbaycandan gedib. Çünki şöbə müdiri qanunsuz əməlləri və mənimsəmələri rektordan icazəsiz edə bilməzdi. Amma sonradan aralarında narazılıq yaranıb və rektor onu məhkəməyə verib. Məhkəmədə ittihamlardan biri də cadu edilməsidir. N. Əliyeva bildirib ki, cadudan sonra xəstələnib. Bu da ayrı məzhəkədir ki, bir rektor, bir elm adam cahil şəkildə caduya inanır. Onu da deyək ki, sabiq rektor Lənkəranın keçmiş deputatı Hadı Rəcəblinin qudasıdır. O, bir müddət əvvəl BSU-nun mozaikasını sökdürməsi ilə gündəmə gəlmişdi.
materiallarında göstərilib ki, sabiq rector Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrdən aldığı pulları mənimsədiyi qeyd edilib.
Bundan başqa, Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib.
Proses martın 6-da davam etdiriləcək.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

Tribunainfo.az