CƏLILABADDA ŞƏHID AILƏSI,I QARABAĞ MÜHARIBƏSI QAZISINƏ NƏ EV, NƏ IŞ VERILMIR
22-fev-2023Cəlilabad rayonu, Cəlilabad şəhəri, Təbriz kücəsi, ev 45 ünvanda yaşayan İsmayılov Qamət Əsəbəli oğlu redaksiyamıza müraciət edərək, məmurlar tərəfindən hüquqpozmalara məruz qaldığını bildirmişdir. Şəhid ailəsinin üzvü, müharibə veteranı, qazi olduğunu, hələ şagird olduğu 1990-cı ildə 20 Yanvar hadisələrindən, 1991-1994-cü illər I Qarabağ müharibəsindən çox təsirləndiyini, 2020-ci il Vətən müharibəsində ön cəbhəyə kömək etdiyini xatırlayan Qamət İsmayılov bildirir ki, onun II qrup əlil olmasına baxmayaraq, Cəlilabad rayonunun keçmiş hərbi komissarı polkovnik Novruzəli Orucov onu könüllülər sırasında I Qarabağ döyüşlərinə yollayıb, məmur övladlarına isə saxta xəstəlik tarixçəsi tərtib edərək, yararsız adı ilə hərbi xidmətdən saxlamışdır.
Q.İsmayılov şəhid ailəsi üzvü, müharibə veteranı və əlili kimi dövlətdən ev-mənzil almaq cəhdlərinin məmurlar tərəfindən törədilən maneələrə, süründürməçiliyə görə indiyədək nəticə vermədiyini yazır. Onun adlarını çəkdiyi keçmiş və indiki yüksək vəzifəli şəxslərin (keçmiş və indiki daxili işlər nazirləri və onların müavinləri, keçmiş və indiki səhiyyə nazirləri və onların müavinləri, daxili qoşunların keçmiş və indiki komandanları və onların müavinləri, keçmiş və indiki əmək və əhalinin sosial müdafiəsi nazirləri və onların müavinləri, keçmiş və indiki təhsil nazirləri və onların müavinləri, Cəlilabad rayonunun keçmiş və indiki icra başçıları və onların müavinləri, siyahısından görünür ki, hüququ üçün müraciət etmədiyi yuxarı instansiya, qəbullarına düşmədiyi aidiyyəti orqan rəhbəri qalmayıb. Bəzən yalançı vəıdlərlə, bəzən rüşvət tələbi ilə, bəzən “ötür-ötür oyunu” ilə, bəzən də hədə-qorxu ilə rastlaşıb.
Təkcə özünün problemi ilə kifayətlənmədiyini, hüquqları pozulan başqa vətəndaşların da acınacaqlı vəziyyətlərinə biganə qala bilməyən Q.İsmayılov onlardan ötrü aidiyyəti qurumlara, yerli məmurlara etdiyi müraciətlərə (şikayət, təklif və s.) həssas yanaşılmadığını, qaldırdığı məsələlərin çox az qisminin həllini tapdığını bildirir.
İşə düzəlmək üçün müraciət etdiyi Cəlilabad rayon İdman və Gənclər İdarəsinin keçmiş rəisi Ramin Rəhimov, təzə rəis Elçin Hüseynov, onun I müavini Vüqar Cavadov, II müavini Salamat Nəcəfov, III müavin Xalid Hüseynov, mühasib Tahir Rufullayev, direktor Natiq Rzayev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Firudin Paşayev ona işlə təmin edəcəkləri barədə söz versələr də, vədlərinə xilaf çıxıblar. Sabiq Gənclər və İdman naziri, mərhum Azad Rəhimova, indiki nazir Fərid Qayıbova müraciətləri də müsbət nəticə verməyib.
Cəlilabad rayon Təhsil Şöbəsinin sabiq və indiki müdirləri Ədalət Əsgərov, Vidadi Dövlətov, əməkdaşları İlham Salmanov, Elminaz Nadirova, Rəqsəndə Baxışova, Sərxoş Mirzəyev, Səxavət Şükürov, Ələkbər Nifdiyev, Ərəstun Vəliyev, Zaur Əzizov, Ərəstun Hüseynov, Gülsurə Həsənova, Rəşad Salmanov, Hafis Cavadov, Qərənfil Həsənova, Nəbi İsgəndərov, Axan Agayev, Abas Zülfüqarov da Qamət İsmayılovun “qara siyahısına” düşüblər. Q.İsmayılov Olimpiya komitəsinin vitse — prezidenti Xəzər İsayevə, Cəlilabad Olimpiya Kompleksinin rəhbəri Cavid müəllimə, “Məhsul” kənd konullu Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının sədri Rasim Əliyevə, Cəlilabad “Məhsul” könüllü İdman Cəmiyyətinin direktoru Aləddin Əliyevə müraciət edərək idmançı kimi iş istədiyini, ona söz verilsə də, əməl edilmədiyini bildirir.
Q.İsmayılov vəd edib ki, məmur özbaşınalıqlarına dair bildiyi faktları saytımızın oxucuları ilə bölüşəcək. //Deryaz.az//